ABŞ Əfqanıstandakı 5 min hərbçisini geri çəkməyə hazırlaşır.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ-ın Əfqanıstan üzrə xüsusi təmsilçisi Zalmay Xəlilzad məlumat verib. Z.Xəlilzadın sözlərinə görə, "Taliban"la danışıqlar yekunlaşmaq üzrədir. Əldə edilən razılığın mətni təsdiq üçün ABŞ prezidenti Donald Trampa təqdim ediləcək.
Taliban sazişin şərtlərinə əməl etsə, ABŞ 135 gün ərzində Əfqanıstanda 5 hərbi bazadakı 5 min əsgərini geri çağıracaq. İlkin mərhələdə Kabil və Pərvan əyalətində silahlı qarşıdurmalar azaldılacaq.
Əfqanıstanda hazırda 14 min amerikalı hərbçi var.
Qeyd edək ki, sonuncu ABŞ-Taliban danışıqları ötən günlərdə Qətərdə baş tutub.
Gülşən