Xəbər lenti

ABŞ Əfqanıstanı “Taliban”a qaytarır və niyə? (ŞƏRH)
Dünya10:31 05.07.2021

ABŞ Əfqanıstanı “Taliban”a qaytarır və niyə? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ-ın Əfqanıstandan tamamilə çıxacağı gözlənilimir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Sədrəddin Soltan ABŞ-ın Əfqanıstanı belə rahat şəkildə "Taliban”a verməsinin siyasi strategiyasını izah edərkən deyib. Onun sözlərinə görə, bu, çox böyük fəsadlar yarada bilər:
"ABŞ 2001-ci il 11 sentyabr hadisələrindən sonra müttəfiqləri ilə birlikdə Əfqanıstanı işğal etdi və "Taliban” hakimiyyətini devirdi. İndi dünyada siyasi dəngələr dəyişir. ABŞ-ın Orta Şərq, eləcə də Əfqanıstan, Pakistan, Çin siyasəti üzrə də dəyişikliklər var. Ehtimal etmək olar ki, ABŞ yeni strategiyasını dəyişmir, amma taktikasını dəyişir. Bu, həm Rusiyaya yönəli ola bilər, həm də Çinə. Niyə? Çünki hər iki ölkə Əfqanıstanla qonşudur və hər iki ölkə ola bilsin ki, "Taliban”ı hansısa formada silahlandırır və ola bilsin, "Taliban”la hansısa formada əlaqələri var. 
ABŞ "Taliban”ı yenidən özünküləşdirmək, onunla danışıqlar aparıb Əfqanıstanın gələcəyi ilə bağlı addımlarını uyğunlaşdırmaq üçün bu addımı atır. Ötən il Trampın hakimiyyəti dövründə "Taliban”la danışıqlar olub və bu danışıqların nəticəsinə görə də ABŞ Əfqanıstandan qoşunlarını çıxarmaq haqqında öhdəlik götürüb. Bu öhdəliyi Co Bayden həyata keçirir”.  
 
Sədrəddin Soltan qeyd edib ki, Çin, Rusiya ABŞ-ın bütövlükdə Əfqanıstanı tərk etməsindən narahatdır:
"Çünki onların Əfqanıstan üzrə siyasətləri hələ aydın deyil. Çin və Rusiya Əfqanıstana qoşun yeridə bilməz. Çox güman ki, bunlar öz düşüncələrinə görə ABŞ-ın Əfqanıstan bataqlığında daha bir müddətə qalmasını istəyir. Amma Əfqanıstan məsələsi yeni dövr üçün fərqli yanaşma tələb edir. Əfqanıstanda məsələ heç də dini deyil, millətləşmə, Əfqanıstanın dövlət quruluşunun dəyişməsidir. Ona görə də prespektivdə məsələyə bu yöndə yanaşmaya  ehtiyac duyulur”.
Bahar Rüstəmli