Xəbər lenti

ABŞ Ermənistanda sorğu keçirdi, siyasi reytinq fərqi göz deşdi
Dünya08:15 11.03.2021

ABŞ Ermənistanda sorğu keçirdi, siyasi reytinq fərqi göz deşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu Ermənistanda sorğu keçirib. 
Qaynarinfo xəbər verir ki, sorğu ilə bağlı jurnalist Allahverdi Aydın məlumat yayıb.
Sorğuda iştirak edənlərdən "Bu bazar seçki olsa, kimə səs verərdiniz?” soruşublar. 
42%-i "heç kimə səs vermərəm” cavabını verib, 
33%-i Nikol Paşinyanın rəhbərlik etdiyi "Mənim addımım” partiyasına səs verəcəyini deyib. 
3%-i Qaqik Çarukyanın rəhbərlik etdiyi "Çiçəklənən Ermənistan” partiyasına,
2%-i Robert Köçəryana,
1%-i Serj Sarkisyanın rəhbərlik etdiyi "Respublikaçılar partiyası”na,
1%-i "Daşnaksütun” partiyasına,
1%-i Vazgen Manukyanın ətrafında birləşən və 17 müxalifət partiyasının yaratdığı siyası bloka,
1%-dən azı Edmon Marukyanın rəhbərlik etdiyi "İşıqlı Ermənistan” partiyasına,
Sorğu iştirakçılarının 12%-i isə "Bilmirəm” cavabını verib.
Qeyd edək ki, 2 il əvvəl – 9 dekabr 2018-ci ildə Ermənistanda keçirlən sonuncu parlament seçkilərdə Paşinyanın "Mənim addımım” partiyası 70,4%, Çarukyanın "Çiçəklənən Ermənistan” partiyası 8,3%, Marukyanın "İşıqlı Ermənistan” partiyasına 6,4%, Sarkisyanın  "Respublikaçılar partiyası” isə 4,7% səs toplamışdı.
Orxan Əhmədli