ABŞ hakimiyyəti Ermənistanda antikorrupsiya siyasətinin dəstəklənməsini maliyyələşdirəcək.
Qaynarinfo xəbər verir ki, beş illik layihə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) tərəfindən üçüncü təşkilatların və kiçik müəssisələrin iştirakı ilə həyata keçiriləcək.
"Bu layihədəki strateji diqqət bütün hökuməti əhatə edən antikorrupsiya siyasətini həyata keçirmək üçün Ermənistanın hökumət və qeyri-dövlət iştirakçılarının qabiliyyətinin gücləndirilməsinə və müvafiq proseslərin sadələşdirilməsinə yönəldiləcək", - agentliyin şərhində deyilir.
Bu məqsədlər üçün on milyona qədər dollar ayrılması planlaşdırılır.
Alpər