Xəbər lenti

Sabiq prezidentin kiçik qəsəbədəki sadə həyatı (FOTOLAR)
Dünya12:23 21.08.2018

Sabiq prezidentin kiçik qəsəbədəki sadə həyatı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabiq ABŞ prezidenti Cimmi Karter yaşadığı sadə həyatı ilə diqqət çəkir.
Qaynarinfo xəbər verir ki, Washington Post qəzetinə danışan 94 yaşlı Karter hazırda Corciya ştatının kiçik Pleyns qəsəbəsində prezidentlik dövründən əvvəl tikdiyi evdə həyat yoldaşı ilə birlikdə yaşayır. Cimmi Karter 1977-1981-ci illərdə ABŞ prezidenti olub, bu dövr başa çatandan sonra qəsəbəyə köçüb və fıstıq biznesinə geri qayıdıb. 56 yaşında təqaüdə çıxan sabiq prezident dövlətdən illik 210 min 700 dollar pul alır. O, bu günə qədər müxtəlif mövzularda yazılmış 33 kitabın müəllifidir, lakin bu sahədə müasir dövr prezidentləri qədər uğur qazana bilməyib. 
Cimmi Karter bildirir ki, ona 2015-ci ildə xərçəng diaqnozu qoyulub, lakin hazırda tam sağalıb və vəziyyəti yaxşıdır. Sabiq ABŞ prezidenti aktiv həyatına davam etməyə çalışdığını, yeməkdən sonra qabları yuduğunu deyir.
Gülşən