Xəbər lenti

ABŞ gəmiləri Misir sahillərinə yaxınlaşır
Dünya05:29 12.07.2013

ABŞ gəmiləri Misir sahillərinə yaxınlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-ın iki hərbi gəmisi Misir sahillərinə yan alıb.

ANS PRESS-in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın dəniz piyadası korpusuna komandanlıq edən general Ceyms Amos məlumat verib. General Qırmızı dəniz rayonuna "San-Antonio" və "Kirsarc" desant gəmilərinin yönəldiklərini bilirib.

"Misirdə böhran vəziyyəti hökm sürür. Bu cür hallar baş verəndə biz vəziyyətə nəzarət etmək üçün müvafiq tədbirlər görürük", - deyə komandan bildirib. Ancaq general ABŞ-ın vəziyyətə nəzarət etmək üçün hansı variantları nəzərdən keçirdiyini açıqlamayıb.

Məlumatda həmçinin gəmilərin Misir sahillərinə yan almasında məqsədin buna ehtiyac duyulacağı təqdirdə helikopter və digər texnikadan istifadənin asanlaşırmaq olduğu eyilir.

Qaynar.info