ABŞ rəhbərliyi ABŞ-dakı son etiraz aksiyalarında nümayişlər təşkil etmək ittihamı ilə bir neçə təhrikçini nəzarətə almağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, müvafiq açıqlamanı çərşənbə axşamı Fox News telekanalına verdiyi müsahibədə ABŞ baş prokuroru Vilyam Barr verib.
Baş prokuror ABŞ-dakı iğtişaşlardan danışaraq deyib:
"Bu, ultra sağ qrupların ultra-solu təqlid etməyə çalışması idi. Ultra-sol özünü ultra-sağ kimi aparırdı. Hər iki tərəfin nümayəndələri zorakılığa təhrik etməyə çalışırdılar".
Alpər