Xəbər lenti

ABŞ Havay ştatı ballistik raket həyəcanı
Dünya11:35 14.01.2018

ABŞ Havay ştatı ballistik raket həyəcanı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Havay ştatında insanlara ballistik raket təhlükəsi barədə göndərilən xəbərdarlıq mesajı əhalidə böyük narahatlığa səbəb olub.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, hadisədən sonra Pentagon yazılı açıqlama ilə çıxış edərək xəbərdarlığın yanlış olduğunu və narahatlığa səbəb hücumun baş vermədiyini bildirib. 
Hadisədən 38 dəqiqə sonra ABŞ Sakit okean Komandanlığı siqnalın yanlış olduğunu deyib.
Qeyd edək ki, nüvə hücumu baş verdikdə ABŞ-ın qərb bölgəsinə və okeanda qurulmuş radarlar vasitəsilə fakt əvvəlcədən ərazi komandirliyinə çatdırılır. 
Yanlış siqnalın niyə verildiyi isə hələ də bilinmir.
Gülşən