Xəbər lenti

ABŞ hərbçiləri və zərbə dronları Rumıniyada
Dünya06:56 05.01.2021

ABŞ hərbçiləri və zərbə dronları Rumıniyada

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı Komandanlığının verdiyi məlumata görə, Amerika Birləşmiş Ştatları Rumıniyanın Campia-Turziy şəhərindəki hava bazasında insansız kəşfiyyat hava vasitələri və təxminən 90 hərbi qulluqçu yerləşdirib.
Qaynarinfo xəbər verir ki, dronlar NATO əməliyyatlarına dəstək olaraq məlumat toplamaq, müşahidə etmək və kəşfiyyat aparmaq üçün yerləşdirilib. Komandanlıq pilotsuz təyyarələrin burada "uzun" müddət qalacağını bildirsə də, dəqiq müddət göstərilməyib.
ABŞ Hərbi Hava Qüvvələrinin Avropa və Afrikadakı komandiri General Cefri Harriqan bu strateji məkanda pilotsuz aparatların yerləşdirilməsinin müttəfiqləri və tərəfdaşları təşviq etdiyini və ortaya çıxan hər bir təhdidə cavab veriləcəyini rəqiblərə açıq şəkildə göstərdiyini bildirib.
Qeyd edək ki, MQ-9 Reaper dronları turboprop mühərrikə malikdir, sürəti saatda 400 kilometrdən çoxdur. Tavan hündürlüyü 13 min metrə çatır. Maksimum uçuş müddəti 24 saatdır.
Alpər