Somalidə ABŞ hərbi bazasına hücum təşkil edilib.
Qaynarinfo xəbər verir ki, "Baledogle" hərbi bazasında bomba ilə yüklənmiş 2 avtomobil partladılıb. Daha sonra silahlı qarşıdurma baş verib.
Ölkədə digər partlayış paytaxt Moqadişuda törədilib.
Hücumlar Əl Şəbab terror qrupu tərəfindən təşkil olunub. Ölü və yaralılar barədə məlumat yoxdur.
Gülşən