
Amerika Birləşmiş Ştatlarının Hərbi Dəniz Qüvvələrinə məxsus “Teylor” freqatı Batumi limanına daxil olub.
“Axar.az” xəbər verir ki, bununla bağlı ABŞ-ın Gürcüstandakı səfirliyi bəyanatla çıxış edib. Bəyanatda “Teyor” gəmisinin Gürcüstana gəlməsinin kökündə ABŞ-la NATO-dakı müttəfiqlərinin əlaqələrinin gücləndirilməsi, regionda sülhün və sabitliyin qorunmasının durduğu qeyd olunur.
Xatırladaq ki, sonuncü dəfə ABŞ hərbi gəmisi Gürcüstana 2013-cü ilin dekabrında gəlmişdi və həmin vaxt Gürcüstanın sahil xidməti strukturları ilə birgə təlimlər keçirilmişdi.
NATO Baş katibi Anders Foq Rasmussen mayın 7-də çıxışında Alyansa daxil olan hərbi qüvvələrin Baltik dənizindən tutmuş Qara dənizə qədər hərbi təlimlər keçirdiyini xatırlatmışdı
Qaynar.info