Xəbər lenti

ABŞ hərbi təyyarələri havalandı: Şimali Koreya xəbərdarlıq etdi (FOTOLAR)
Dünya14:01 21.08.2017

ABŞ hərbi təyyarələri havalandı: Şimali Koreya xəbərdarlıq etdi (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ və Cənubi Koreyanın ortaq təlimi Şimali Koreyanın xəbərdarlığına səbəb olub.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, İngiltərə, Avstraliya, Kanada, Hollandiyanın da iştirak etdiyi təlimlərdə 50 min əsgər yer alır və güc nümayişi 10 gün davam edəcək. 

Yüksək vəzifəli şəxslər tərəfindən izlənilən təlimlər Cənubi Koreyada etirazla qarşılanıb və nümayişçilər bu addımın müharibəyə səbəb ola biləcəyini deyir.

Şimali Koreya höküməti də təlimlərə eyni reaksiyanı verib və hərbi təlimin gerçək münaqişəyə çevrilmə ehtimalını istisna etmir.

Qeyd edək ki, son həftələrdə ABŞ və Şimali Koreya nüvə müharibəsinin bir addımlığında idi, lakin tərəflər diplomatik həll yoluna üstünlük verdilər. Bu təlimlərin iki ölkə arasında yenidən gərginliyə səbəb olacağı deyilir.

Gülşən

Qaynarinfo.Az