ABŞ Hərbi Hava Qüvvələrinin İraqdakı şiə Hizbullah hərəkatına etdiyi hücumda ən az 19 nəfər həyatını ititib.
Qaynarinfo xəbər verir ki, bu haqda Alsumaria İraqın "Haşdi-şabi” şiə silahlılarının rəhbəri Cavad kazım rabiaviyə istinadən məlumat yayıb. Məlumata görə, 35 nəfər yaralanıb, dağıntılar altında isə xeyli cəsədlər var.
Qeyd edək ki, bundan əvvəl Pentaqon rəhbərinin köməkçisi Conatan Hoffman ABŞ qoşunlarının Hizbullahın İraq və Suriyadakı beş silah anbarı və komandanlıq məntəqələrinə qarşı "dəqiq müdafiə zərbələri” endirdiyini bildirmişdi.
Alpər