Xəbər lenti

ABŞ hökumətində İvanka Tramp böhranı
Dünya12:27 26.11.2017

ABŞ hökumətində İvanka Tramp böhranı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ağ Ev və ABŞ xarici işlər nazirliyi arasında münasibətlərin gərginləşməsi barədə iddialar günbəgün daha da güclənir.
Qaynarinfo xəbər verir ki, CNN telekanalı prezident Donald Trampın qızı İvanka Trampın aktiv fəaliyyətinin xarici işlər nazir Reks Tillerson tərəfindən xoş qarşılanmadığını iddia edib. Kanal bildirir ki, İvanka Tramp bu il Hindistanda keçiriləcək Beynəlxalq Sahibkarlıq Zirvəsində katib köməkçisi ilə iştirak edəcək, lakin əvvəlki illərdə bu zirvəyə sabiq prezident Barak Obama, sabiq xarici işlər naziri Con Kerri kimi vəzifəli şəxslər qatılıb. Reks Tillersonun komandasının İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşnerin dövlət miqyaslı işlərdə yaxından iştirakını dəstəkləmədiyi və bu səbəbdən gərginliyin yaşanması iddialar arasındadır.
ABŞ xarici işlər nazirliyinin sözçüsü Hezə Nauert açıqlama verərək bildirib ki, xarici işlər nazirliyi qadının iqtisadi cəhətdən güclənməsini, fəaliyyətini dəstəkləyir və zirvə bu mövzuların gündəmə gətirilməsi üçün vacib fürsətdir.
Qeyd edək ki, Trampın kürəkəni Cared Kuşner hökümətdə məsləhətçi vəzifəsini yerinə yetirir. Kuşner xüsusilə ABŞ-ın Yaxın Şərqdəki siyasi fəaliyyətində yaxından iştirak edir. Onun bir müddət əvvəl Səudiyyə Ərəbistanına gizli səfəri ortaya çıxmışdı.
Gülşən