
Srağagün ABŞ-ın gizli məlumatlarını "Wikileaks"ə ptürdüyü üçün məhkəmə tərəfindən 35 il azadlıqdan məhrum edilən amerikalı kapral Bredli Manninq şok açıqlamalar verib.
Qaynar.info xəbər verir ki, Manninq uşaqlıqdan bəri özünü qadın kimi hiss etdiyini və ən qısa zamanda hormon müalicəsinə başlayaraq qadın olmaq istədiyini deyib. Manninq hətta cinsini dəyişəndən sonra adını da dəyişdirib Çelsi qoyacağını söyləyib.
Manninqin vəkili Devid Koombs hormon müalicəsinə icazə verilməsi üçün həbsxana rəhbərliyinə hüquqi müraciət edəcəklərini bildirib.
Qaynar.info