Xəbər lenti

ABŞ-ın 439 aktiv neft quyusuna ehtiyacı var
Dünya17:15 02.06.2016

ABŞ-ın 439 aktiv neft quyusuna ehtiyacı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ-ın indiki neft hasilatını sabit saxlaması üçün 439 aktiv neft quyusuna ehtiyacı var."
"Report"un məlumatına görə, bunu Avstraliyanın 4-cü ən böyük bankı olan "Australia and New Zealand Banking Group"un (ANZ) təhlilçisi Daniel Haynza (Daniel Heinz) deyib. O bildirib ki, ABŞ-ın hazırda gündəlik neft hasilatı 8,767 mln. barel, aktiv neft quyularının sayı isə 316 ədəd təşkil edir. ABŞ-ın tarixi maksimal gündəlik neft hasilatı 2015-ci ilin iyununda 9,61 mln. barel həcmində qeydə alınıb. 
Ölkənin nüfuzlu neft-qaz xidmət şirkəti "Baker Hughes"ə görə isə ABŞ-da aktiv neft quyularının sayı 2014-cü ilin oktyabrında rekord 1 609 ədəd təşkil edib. Hazırda aktiv neft quyularının sayında maksimal səviyyəyə nəzərən azalma 1 293 ədəd və ya 5 dəfədən çoxdur. 
ANZ-nin təhlilinə əsasən, aktiv neft quyularının sayındakı azalma bu tendensiya ilə davam edərsə, bu ilin iyul ayında ABŞ-da gündəlik neft hasilatı 8,5 mln. barelə enə bilər. 
Qaynarinfo.az