ABŞ-a məxsus Firefly Aerospace şirkətinin "Alpha” raketi Kaliforniyadakı Vandenberg bazasından atıldıqdan 2,5 dəqiqə sonra partlayıb.
Qaynarinfo xəbər verir ki, raket 2 sentyabr cümə axşamı, yerli vaxtla saat 18:59-da buraxılıb. Mümkün bir problemin ilk əlamətləri 1 dəqiqə 47 saniyədən sonra, raket hələ səsdən yüksək sürətə çatmadıqda ortaya çıxıb.
"Spaceflight Now” yazır ki, raket 2 dəqiqə 18 saniyədən sonra səsdən yüksək sürətə çatıb və daha 11 saniyədən sonra partlayıb.
Bildirilir ki, raket havaya qalxan zaman partlamaya səbəb olan anormal vəziyyət meydana gəlib. Şirkət bunun səbəbini dəqiq bilmədiyi üçün əlavə məlumat topladıqdan sonra məlumat verəcəyinə söz verib.
Qeyd edək ki, 2021-ci ilin martında da oxşar hadisə baş verib. Belə ki, SpaceX-in "Starship SN11” prototipi Texasdakı sınaqlar zamanı partlayıb.
Xəyal