Xəbər lenti

ABŞ-ın axtardığı cəsus ölkədən qaçdı
Dünya08:43 11.06.2013

ABŞ-ın axtardığı cəsus ölkədən qaçdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ-da kəşfiyyat xidmətlərinin telefon danışıqlarını və interneti izlədiyinə dair məlumatları sızrıdan Edvard Snouden yoxa çıxıb. 

Sızdırdığı məlumatlarla ABŞ kəşfiyyat xidmətlərinin fəaliyyət metodlarını ortaya çıxaran Snouden mayın 20-də Honq-Konqda bir hotelə yerləşib. Lakin hotel əməkdaşları Snoudenin iyunun 10-da hoteldən ayrıldığını bildiriblər.

Snoudenin harada olduğu bilinmir, amma Honq-Konqda gizləndiyi güman edilir. 

Keçmiş MKİ əməkdaşı olan, hazırda isə müdafiə sənayesi sahəsində çalışan Snouden bundan sonra başına gələcəklərdən qorxmadığını söyləyib. Snouden İngiltərənin "Guardian" qəzetinə müsahibəsində "Etdiyim və söylədiyim hər şeyin qeydə alındığı bir dünyada yaşamaq istəmirəm" deyə baş verənlərə etirazını ifadə edib. 

Ağ Ev sözçüsü Cey Karni Snoudenin ölkəsinə ziyan vurduğunu söyləyib. 

ABŞ vətəndaşlarının bəziləri prezident Obamanı Snuodeni cəzalandırmasını, bəziləri isə onun bağışlanmasını istəyib. Snoudenin bağışlanması üçün Ağ Evin internet saytına yerləşdirilən petisiyanı 20 mindən çox insan imzalayıb.

Qaynar.info