
ABŞ dövlət katibi Reks Tillerson rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.
"Qaynarinfo" Rusiya mətbuatına istinadən xəbər verir ki, görüş avqustun 5-6-da Filippinin Manila şəhərində keçiriləcək.
“Bu istirahət günlərində mən xarici işlər naziri Lavrovla Manilada görüşəcəyəm. Biz bunu onunla razılaşdırmışıq. Biz növbəti addımlarımızı peşəkarcasına müzkirə etdik. Yox, hərbi ritorika yox idi. Fikrimcə, biz nazir Lavrovla rolumuzu anlayırıq. Biz üzərimizə düşən vəzifəni də başa düşürük”, - Reks Tillerson vurğulayıb.
Qeyd edək ki, avqustun 5-6-da Manilada ASEAN-ın regional forumu keçiriləcək.
Qaynarinfo.Az