
Suriyanın paytaxtı Dəməşq uğrunda Əsəd ordusu ilə Azad Suriya Ordusunun döyüşçüləri arasında qanlı döyüşlər gedir.
Qaynar.info-nun məlumatına görə, müxaliflər paytaxtın ətrafını ələ keçirsələr də, ağır silahların olmamasına görə, şəhər mərkəzinə girməkdə çətinlik çəkirlər. Amma yaxın günlərdə bu vəziyyətin dəyişəcəyi ilə bağlı məlumatlar yayılmaqdadır.
Qərb mətbuatının yazdığına görə, ABŞ Türkiyə, Qətər və Səudiyyə Ərəbistanının da dəstəyi ilə müxaliflərin Dəməşqi ələ keçirməsi ilə bağlı əməliyyat planı hazırlayıb.
"Associated Press" agentliyinə açıqlama verən ərəb rəsmilərindən biri Əsədi devirmək üçün müxaliflərin Dəməşqə şimal və cənubdan girməsinə yardım edəcək "usta plan"ın hazırlandığını söyləyib. Son bir ayda hava yolu ilə gələn silahların ikiqat artdığını deyən rəsmi Dəməşqə hücumun bir neçə gün ərzində baş tutacağını deyib.
"Associated Press" müxaliflərin aylardır tələb etdiyi silahların da onlara verildiyini bildirib. Bu silahlar arasında "M60" topları, "M79" raketləri və "RBG6" qumbaraatanları da var.
Qaynar.info