
Qaynar.info-nun məlumatına görə, aşkarlanan hərbi baza pilotsuz təyyarələr üçün nəzərdə tutulub. 2009-cu ilin ortalarında inşa olunan hərbi bazanın Ərəbistan Yarımadasında fəaliyyət göstərən Əl Qaidə terrorçularını məhv etmək üçün qurulduğu bildirilir.
Gizli bazanın ortaya çıxmasından sonra bütün diqqətlər prezident Obamanın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbəri vəzifəsinə namizəd göstərdiyi Con Brennana yönəlib. Çünki Brennan həmin illərdə MKİ-nin Səudiyyə Ərəbistan üzrə məsləhətçisi işləyirdi.
Qaynar.info