Xəbər lenti

ABŞ-ın ilk hicablı, Pakistanın isə ilk transseksual aparıcısı ekranlarda
Dünya07:30 27.03.2018

ABŞ-ın ilk hicablı, Pakistanın isə ilk transseksual aparıcısı ekranlarda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-da 27 yaşlı Tahera Rəhman ölkənin ilk hicablı aparıcısı statusunu qazanıb. Pakistanda aparıcılıq edən Marvia Malik isə Pakistanın ilk transseksual aparıcısıdır.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, İllizionis və Ayva əyalətində fəaliyyət göstərən "WHBF" kanalında çalışan Rəhmanın anası hindistanlı, atası isə pakistanlıdır, özü isə Çikaqoda doğulub. Daha əvvəl də kanalda çalışan Tahera Rəhman hazırda aparıcılıq edir və ABŞ-ın ilk hicablı aparıcısıdır.
Pakistanda "Kohenoor" televiziyasında çalışan Marvia ölkənin ilk transseksual aparıcısıdır və bu işə götürüldüyü üçün xoşbəxt olduğunu bildirir. Jurnalistika təhsili almış və model kimi çalışan Malik deyir ki, cəmiyyətdə münasibət bərabər olmalı və cinsiyyətə görə ayrı-seçkilik edilməməlidir.
Gülşən