ABŞ hökumətinin narkotik qaçaqmalçısı adlandırdığı Tarek El Aissami Venesuelanın neft naziri təyin edilib.
Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkə prezidenti Nikolas Maduro müvafiq sərəncam imzalayıb. El Aissami həmçinin sosialist lider Uqo Çavesin dayısı oğludur.
Venesuelanın PDVSA dövlət neft şirkətinin başına isə Uqo Çavesin əmisi oğlu, sabiq prezident Asdrubal Çaves gətirilib.
Qeyd edək ki, daha əvvəl bu iki vəzifənin də sahibi general Manuel Quevedo idi. 2017-ci ildən bəri nazir olan Quevedonun vaxtında ölkənin neft istehsalının həcmi 65 faiz azalıb. Belə ki, Venesuelada günlük neft hasilatının həcmi 2 milyon bareldən 700 min barelə qədər düşüb. Dünyanın ən önəmli neft ehtiyatlarına sahib olan Cənubi Amerika ölkəsində keçən həftə neftin 1 bareli 2 dollar olub.
Camal