Xəbər lenti

ABŞ-ın pilotsuz təyyarəsi 30 döyüşçünü öldürdü
Dünya19:28 20.04.2014

ABŞ-ın pilotsuz təyyarəsi 30 döyüşçünü öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hava hücumunda mülki şəxslər də öldürülüb

Yəmənin cənubunda ABŞ ordusunun pilotsuz təyyarə ilə etdiyi hücum nəticəsində Əl-Qaidə qruplaşması ilə əlaqəli olduğu bildirilən azı 30 döyüşçü həlak olub.

ANS PRESS-in məlumatına görə, xeyli sayda yaralıların olduğu bildirilir. 

Bu barədə Franspres agentliyi xəbər verir. Məlumata görə, Aviahücum Yəmənin Əl-Beyda vilayətində həyata keçirilib. Pilotsuz təyyarədən döyüşçülərin olduğu güman edilən avtomobilə raket zərbəsi endirilib. Başqa bir mənbə hücum nəticəsində, yaxınlıqda olan 2 maşına da ziyan dəydiyini və aviazərbə nəticəsində 5 mülki şəxsin həlak olduğunu, 6 nəfərin isə yaralandığını xəbər verir. 

Ötən ilin dekabr ayında Yəmən parlamenti ABŞ-ın pilotsuz təyyarələrlə hava əməliyyatları keçirməsini qadağan etsə də, amerikalı hərbçilər hələ də ara-sıra “dron” adlandırılan bu uçan aparatları ölkənin hava məkanına buraxır. Bu hücum , son iki ayda sayca 7-ci belə insident olub.

Qaynar.info