Xəbər lenti

ABŞ-ın qadağa qoyduğu bakılı kimdir?
Dünya05:20 13.04.2013

ABŞ-ın qadağa qoyduğu bakılı kimdir?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ hökumətinin sanksiya tətbiq etdiyi rusiyalı məmurların “Maqnitski siyahısı”nda bakılı da var. 

Musavat.com-un məlumatına görə, podpolkovnik Artyom Kuznetsov 1975-ci ildə Bakıda anadan olub. Rəsmi maaşı 850 dollar olan podpolkovnik Rusiyanın dövlət büdcəsindən 3 milyon dollardan çox vəsait oğurladığı bildirilir. Bundan başqa, o, cinayətləri barədə danışan şəxsləri təqib edib. Srgey Maqnitskiyə qarşı qurama ittihamların elan olunmasında əsas rollardan birini də məhz Artyom Kuznetsov oynayıb. 

Sergey Maqnitskini 2008-ci ilin noyabrında Artym Kuznetsovun tabeliyində olan milis əməkdaşları həbs ediblər. Bundan sonra Artyom Kuznetsovun vəzifəsi artırılıb və 2010-cu ildə Rusiya DİN-in iqtisadi təhlükəsizlik departamentində vəzifəyə təyin edilib.

Qaynar.info