Bu iki fövqəladə vəziyyətin müqayisə edilməsi tamamilə səhvdir.
Qaynarinfo Fox News-a istinadla xəbər verir ki, bu sözləri ABŞ Mülki və Şəhərsalma naziri Ben Karson Polislərin hərəkətləri nəticəsində Minneapolis (Minnesota) və Atlanta (Corciya) bölgələrində afroamerikalıların rezonanslı ölümlərini şərh edərkən deyib.
"Atlantada Riçard Bruksun ölümü ilə əlaqədar vəziyyət Minnesota ştatında Corc Floydun vəhşicəsinə öldürülməsi hadisəsində olduğu kimi heç də o qədər də aydın deyil", - nazir deyib.
Qeyd edək ki, Karsonun özü ABŞ prezidenti Donald Trampın kabinetinin yeganə qaradərili üzvüdür.