Xəbər lenti

ABŞ-ın Rusiyadakı səfirliyindən ümidverici açıqlama
Dünya15:18 01.04.2018

ABŞ-ın Rusiyadakı səfirliyindən ümidverici açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Agent böhranı səbəbindən ABŞ-ın Sank Peterburq şəhərindəki baş konsulluğu bağlandıqdan sonra ABŞ-ın Rusiyadakı səfirliyindən ümidverici açıqlama verilib.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Rusiyadakı səfirliyi iki ölkə arasındakı diplomatik gərginliyin davam etdiyi bir vaxtda Vaşinqtonla Moskva arasındakı münasibətlərin normallaşması istiqamətində çalışmaların davam etdiriləcəyini açıqlayıb.
"Konsulluq bağlandı. Lakin ABŞ-Rusiya münasibətlərini yaxşılaşdırmaq üçün çalışmalarımız davam edir".
Qeyd edək ki, Britaniyadan sığınacaq almış keçmiş rus agent Sergey Skripal və qızının zəhərlənməsi hadisəsi ilə əlaqədar ABŞ və Rusiya arasında da münasibətlər gərginləşmiş, bu səbəbdən də dünən ABŞ-ın Sank Peterburq şəhərindəki baş konsulluğu bağlanmışdı.