Xəbər lenti

ABŞ-ın Türkiyədən S-400 almaq istəyinin arxasında nə dayanır?
Dünya10:15 30.06.2020

ABŞ-ın Türkiyədən S-400 almaq istəyinin arxasında nə dayanır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ştatlar Rusiyanın hərtərəfli öyrənilməsi üçün Rusiyadan S-400 zenit-raket sistemlərini Türkiyədən almaq istəyir. 
Qaynarinfo xəbər verir ki, bunu Federasiya Şurası Xarici İşlər Komitəsi sədrinin birinci müavini Vladimir Cabarov "Danışır Moskva” radiosuna deyib.
Onun sözlərinə görə, amerikalıların Rusiyanın bu silahına oxşar silahı yoxdur və S-400-ü ən xırda vintlərinəcən sökərək nəsə özlərinin yeni bir silahını yaratmağa çalışacaqlar. Cabarovun sözlərinə görə, Türkiyə Rusiyanın etibarlı tərəfdaşı statusunu qorumaq üçün kompleksləri satmağa razı olmayacaq. Senator hesab edir ki, əks təqdirdə, başqa heç kim onunla belə müqavilələr bağlamaz. 
"Mən ABŞ-ın özü üçün hansısa C-400 kompleksini alacağı təqdirdə ABŞ və Türkiyə arasındakı münasibətlərin necə yaxşılaşacağını başa düşə bilmirəm. Fikrimcə, yalnız maraq dairəmizi təmin etmək, daha doğrusu, hərbi sirrlərimizi oğurlamaq üçündür bu təklif”, - senator deyib və qeyd edib ki, yəqin Rusiya və Türkiyə arasında bağlanmış müqavilədə üçüncü tərəfə silah satmamamaqla bağlı hansısa bənd var.
Xatırladaq ki, bir qədər əvvəl "Defense News” ABŞ-ın Ankaraya Amerika F-35 qırıcılarının yaradılması proqramında iştirak etməsinə imkan vermək şərtilə Rusiyanın S-400 hava hücumundan müdafiə sistemlərini Türkiyədən almaq istədiyini bildirmişdi. Onların məlumatına görə, senator Con Tun 2021-ci maliyyə ili üçün milli müdafiə xərcləri büdcə ayırmaları haqqında qanun layihəsinə müvafiq dəyişiklik təklif edib.
Qeyd edək ki, Rusiya istehsalı olan dörd S-400 Triumf diviziyasının Türkiyəyə tədarükü ilə bağlı razılaşma 2017-ci ilin sentyabrında bağlanıb. Müqavilənin dəyəri 2,5 milyard dollardır, yarısı Rusiya krediti ilə ödəniləcək. Türkiyəyə çatdırılma 2019-cu ilin iyulunda başlayıb. Beşinci nəsil Amerika qırıcısı F-35 Lightning II-nin imkanlarını ortaya qoyan S-400 Triumf məlumatlarının sızması qorxusundan Vaşinqton bu texnikanın Ankaraya verilməsini dayandırıb. Ümumilikdə, Türkiyə ABŞ-la 100-dən çox təyyarə almaqla bağlı razılaşmışdı.
Alpər