Xəbər lenti

ABŞ-ın yeni səfiri Azərbaycana gəlir
Siyasət13:26 21.01.2015

ABŞ-ın yeni səfiri Azərbaycana gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Amerika Birləşmiş Ştatlarının Azərbaycana yeni təyin olunmuş səfiri Robert Sekutanın Azərbaycana gəlişi ən yaxın zamanda baş tutacaq.

Qaynar.info APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Derek Hoqan deyib.

O bildirib ki, hələlik səfirin gəlişinin dəqiq tarixi məlum deyil: "Mən ötən müddət ərzində səfir Robert Sekuta ilə bir sıra söhbətlər aparmışam. O, çox tez bir zamanda Azərbaycana gələrək ölkələrimiz arasındakı mövcud əlaqələrin daha da gücləndirilməsi və inkişaf etdirilməsi işinə töhfə verməyi səbirsizliklə gözlədiyini deyir”.

Qaynar.info