Xəbər lenti

ABŞ Çinə 100 milyon ayıracaq: Birlikdə mübarizə aparmalıyıq...
Dünya07:06 08.02.2020

ABŞ Çinə 100 milyon ayıracaq: Birlikdə mübarizə aparmalıyıq...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ koronavirusla mübarizədə Çinə dəstək olmaq üçün 100 milyon dollar ayırmaq niyyətindədir.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəhbəri Mayk Pompeo öz Twitter səhifəsində qeyd edib.
O vurğulayıb ki, bu ağır vəziyyətdən yalnız birlikdə çıxmaq olar. 
Bundan əvvəl isə Dövlət Departamentinin ÇXR-ə 17,8 ton dərman, o cümlədən maskalar, xalat, cuna, respirator və digər həyati əhəmiyyətli materiallar təqdim etdiyi bildirilmişdi.
Xatırladaq ki, son məlumatlara görə, Çində 31 mindən çox xəstəlik hadisəsi qeydə alınıb, 700 nəfər koronavirusa qurban gedib.