ABŞ administrasiyası koronavirus səbəbindən son 14 gün ərzində Çinə səfər edən xarici vətəndaşların ölkəyə girişinə qadağa qoyub.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.Məlumatda həmçinin bildirilib ki, son 2 həftə ərzində Çinin Xubey əyalətində olan amerikalılar da qayıtdıqdan sonra 14 gün məcburi karantin altında qalmalıdırlar. Onlar ölkəyə yalnız 7 hava limanından gücləndirilmiş tibbi nəzarət altında daxil ola biləcəklər.
Camal