Xəbər lenti

ABŞ İrana yeni sanksiyalar tətbiq etdi
Dünya10:22 10.01.2020

ABŞ İrana yeni sanksiyalar tətbiq etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ prezidenti Donald Tramp İrana qarşı yeni sanksiyalar tətbiq edilməsi ilə bağlı qərarı təsdiqləyib.
Qaynarinfo reuters-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri özü açıqlama verib. O, əvvəlki sanksiyaların ağır olduqlarını və həmin sanksiyaları önəmli ölçüdə artırdıqlarını bildirib.
Sanksiyalarla bağlı qərarın detallarını açıqlamayan Tramp Maliyyə Nazirliyinin geniş məlumat verəcəyini ifadə edib.
ABŞ prezidenti açıqlamasında NATO-nun Yaxın Şərqdəki proseslərə daha çox müdaxilə etməli olduğunu da deyib, bu barədə təşkilatın baş katibi Yens Stoltenberqlə müzakirələr apardığını bildirib.
NATO-nun regiondakı birliklərinin "NATO-ME" adlandırılmasını təklif edən Tramp Stoltenberqə bölgədə bütün yükün onun çiyinlərində olduğunu söylədiyini ifadə edib.
Qeyd edək ki, hücumdan sonra açıqlama verən Tramp rəsmi Tehrana daha güclü sanksiyalar tətbiq edəcəklərini və İranın davranışlarını dəyişməyənə qədər məhdudiyyətlərin qüvvədə qalacağını bildirmişdi.
Camal