ABŞ İranın Hərəkat Hizbullah Əl Nucaba silahlı qruplaşmasını terror siyahısına daxil edilib.
Qaynarinfo xəbər verir ki, ABŞ Dövlət Departamenti İraqda fəaliyyət göstərən silahlı qrupun lideri Əkrəm Abbas Əl Kaabini isə terrorçu kimi tanıyıb. ABŞ bu qərarı İranın təcrid edilməsi və terrorçu qruplara dəstəyinin qarşısını almaq üçün atıb.
Qeyd edək ki, Əl Nucaba qruplaşması İraq hökumətinə dəstəyi ilə bilinir və İran İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds lideri Qasım Süleymaniyə tabedir.
Gülşən