ABŞ Yaxın Şərqə yeni hərbi qüvvə göndərir.
Qaynarinfo xəbər verir ki, bu barədə ötən gün Pentaqon məlumat yayıb. Zirehli texnika və helikopterlər daşıyan "USS Arlington (LPD-24)" gəmisi və 22-ci Dəniz Ekspedisiya Birliyi Abraham Linkoln zərbəçi qrupuna qoşulacaq. Yaxın Şərqə göndərilən hərbi texnika xüsusi əməliyyat və kəşfiyyatlarda istifadə üçün nəzərdə tutulub.
ABŞ ordusunun "B-52" bombardmançıları isə Qətərdə yerləşən hərbi bazada qərarlaşıb.
Addıma səbəb isə İranın artan təhlükəsi göstərilib.
Rəsmi Tehran Vaşinqtonun bu addımını cəfəngiyyat və psixoloji müharibə adlandırıb.
Gülşən