Xəbər lenti

ABŞ İŞİD-ə özünü göstərdi
Dünya10:38 19.06.2014

ABŞ İŞİD-ə özünü göstərdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Baş Qərargah rəisi: "Məqsədimiz onların bizi görmədir"

ABŞ-ın F-18 qırıcıları İraq üzərində kəşfiyyat uçuşları həyata keçirib. ANS PRESS-in məlumatına görə, ABŞ rəsmi Bağdadın kömək istəyindən sonra qırıcıları İraqa göndərib.

Rəsmi Vaşinqtonun qırıcıları İraq Şam İslam Dövlətinə istənilən vaxt zərbə endirə biləcəklərini göstərmək üçün İraqa göndərdiyi bildirilir.

ABŞ Baş Qərargah rəisi Martin Dempsey isə deyib ki, qırıcıların İraq səmasında kəşfiyyat uçuşları həyata keçirməsində əsas məqsəd onları görmək deyil, bizim onlara görünməyimizdir.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə də F-16 qırıcılarını İraqa göndərmişdi.

Qaynar.info