Xəbər lenti

ABŞ: "İŞİD-in lideri sağ ola bilər"
Dünya13:21 01.09.2017

ABŞ: "İŞİD-in lideri sağ ola bilər"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiyanın ABŞ-lı komandiri Steven Taunsend İŞİD lideri Əbu Bəkir Əl Bağdadinin sağ olduğuna inandıqlarını açıqlayıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Vaşinqtonda ABŞ xarici işlər nazirliyində təşkil edilən mətbuat konfransında danışan Taunsend terrorçu liderin ölümünə heç bir sübutun olmadığını və buna görədə Bağdadinin sağ olduğuna inandığını deyib. 

Qeyd edək ki, Rusiya müdafiə nazirliyi 16 iyunda açıqlama verərək Bağdadinin 28 mayda Suriyanın Rakka şəhərinə edilən hava hücumu nəticəsində öldürüldüyünü bildirmiş və bu iddia İran tərəfindən dəstəklənmişdi.

Gülşən

Qaynarinfo.Az