İraqlı millət vəkili Həsən Salim İŞİD terror təşkilatının lideri Əbu Bəkr Bağdadi ilə bağlı səs-küyə səbəb olacaq iddia irəli sürüb.
Qaynarinfo xəbər verir ki, parlamentdəki Şiə Əl Sadiqun blokunun millət vəkili olan Həsən Salim Bağdadinin Əl Ənbar səhrasında ABŞ əsgərləri tərəfindən mühafizə edildiyini və bu ərazidə İraq və Suriyaya istədiyi kimi səfər etdiyini bildirib. ABŞ-ın belə addım atmağına səbəb xarici əsgərlərin İraqdan çıxarılması barədə qanun layihəsinin hazırlıqlardır. Həmin qanun mart ayında parlamentdə səsverməyə çıxarılacaq.
Daha əvvəl İŞİD liderinin Sarsar gölü və Samarra şəhəri arasında gizləndiyi və yerli tayfalar tərəfindən mühafizə edildiyi iddia olunmuşdu.
Gülşən