ABŞ ötən il yəhudi dövlətinə Çinin Vuhan şəhərində yayılmağa başlayan yeni növ koronavirus barədə məlumat veribmiş.
Qaynarinfo xəbər verir ki, İsrail televiziyasının "12-ci kanalı”na görə, noyabrın ortalarında xüsusi kəşfiyyat xidmətinin kanalları ilə ABŞ-ın tərəfdaşı olan ölkələrə belə xəbərdarlıq göndərilib.
Amerika kəşfiyyatçıları əvvəlcə Ağ Evə məlumat verib, amma orada təhdidlər rədd edilib. Bundan sonra kəşfiyyat xidməti NATO ölkələri və İsrailə yeni xəstəliklə bağlı məlumat göndərib. Yəhudi dövlətinin təhlükəsizlik qüvvələri səlahiyyətləri xəbərdar etsə də, Amerika rəhbərliyi kimi, onlar da dərhal reaksiya verməyiblər.
Qeyd edək ki, İsraildə 13 minə yaxın yoluxmuş xəstədən 148-i koronavirusdan ölüb.
Alpər