
Amerikada dinləmə qalmaqalını ortaya çıxaran keçmiş MKİ əməkdaşı Edvard Snouden Honq-Konqda ədalətdən qaçmadığını, amma yeni cinayətləri ortaya çıxarmaq üçün Honq-Konqda gizləndiyini bildirib.
"Nə vətən xaini, nə də qəhrəmanam. Bir amerikalıyam" deyən Snouden "South China Morning Post" qəzetinə verdiyi açıqlamada ailəsinin təhlükəsizliyi ilə bağlı narahatlıq keçirdiyini söyləyib.
Nümayəndələr Palatasının sədri Con Bohner başda olmaqla bəzi Konqres üzvləri isə Snoudeni vətən xainliyində ittiham edib. Snoudenin işlədiyi "Booz Allen Hamilton" şirkəti isə onu işdən çıxardığını açıqlayıb.
Qaynar.info