
ABŞ Silahlı Qüvvələrinin Kiber Komandanlığı TrickBot-u zərərsizləşdirməyə çalışıb.
Qaynarinfo xəbər verir ki, TrickBot dünyanın ən böyük bot şəbəkələrindən biridir. Hərbçilərə görə, bu, ölkədə seçki keçirilməsini təhlükə altında qoyur. Bu barədə "The Washington Post” yazıb.
Şəbəkədə bir milyondan çox virusa yoluxmuş kompüter var və amerikalılara görə, rusdilli cinayətkarlar onları idarə edirlər. Şəbəkə botları seçki günü kompüterlərə hücum təşkil edə bilər. Hərbiçilərə görə, onlar kompüteri bloklayacaq və kilidini açmaq üçün pul tələb edəcəklər.
İndi amerikalılara görə, cinayətkar şəbəkə müvəqqəti olaraq sıradan çıxıb. Təcavüzkarlar onu bərpa etsə də, ABŞ-ın seçki keçirməyə vaxtı olacaq.
Alpər