Xəbər lenti

ABŞ Konqresinə hücum zamanı Pelosinin noutbuku oğurlandı
Dünya06:10 09.01.2021

ABŞ Konqresinə hücum zamanı Pelosinin noutbuku oğurlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Vaşinqtonda Kapitolidə baş verən qiyamlar zamanı ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin noutbuku oğurlanıb. 
Qaynarinfo xəbər verir ki, bu barədə Pelosinin köməkçisi Dryu Hammill Twitter-də yazıb.
O, kompüterin konfrans salonundan oğurlana biləcəyini bildirib. Hammillə görə, bu noutbuk yalnız təqdimatlar üçün istifadə edilib.
Xatırladaq ki, hazırkı ABŞ Prezidenti Donald Trampın tərəfdarları 6 yanvarda Konqres binasına basqın edib və prezident seçkilərinin nəticələrini təsdiqləmələri lazım olan iclası dayandırıblar. Hadisə nəticəsində beş nəfər ölüb.
Alpər