Xəbər lenti

ABŞ konsulluğuna hücum oldu: 4 ölü
Dünya05:04 14.09.2013

ABŞ konsulluğuna hücum oldu: 4 ölü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mari Xarf məlumat verib


Əfqanıstandakı ABŞ konsulluğa edilən hücum nəticəsində ölənlərin sayı 4-ə çatıb. ANS PRESS-in Rusiya mətbuatına istinadən məlumatına görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Mari Xarf məlumat verib.

İranla sərhəddə yerləşən Herat şəhərindəki konsulluğa edilən hücumda ölənlərin sayının artacağı istisna deyil. 4 nəfərin öldüyü, 18 nəfərin yaralandığı terror hücumunda konsulluğun heç bir əməkdaşı xəsarət almasa da, təhlükəsizlik tədbiri kimi, ABŞ diplomatları paytaxt Kabilə köçürülüb. Konsulluğun fəaliyyəti qeyri-müəyyən vaxta qədər dayandırılıb. Hücuma görə, məsüliyyəti “Taliban” qruplaşması üzərinə götürüb.


Qaynar.info