Xəbər lenti

ABŞ kürd referendumunun nəticəsini tanımadı
Dünya10:20 30.09.2017

ABŞ kürd referendumunun nəticəsini tanımadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ xarici işlər naziri Reks Tillerson İraqın şimalında İraq Kürd Bölgə İdarəsi tərəfindən keçirilən müstəqillik referendumunun nəticəsini tanımadıqlarını bildirib.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, yazılı açıqlamada "Səsvermə qeyri-qanunidir və biz vahid, federal, demokratik və firəvan İraqı dəstəkləyirik. Təktərəfli addımın mənfi nəticələrinə görə narahatıq. Səsvermədən əvvəl İraq höküməti və İKBİ-ni əlverişli qərar barədə razı salmağa çalışdıq. Tərəfləri sakit olmağa və təhdidlərdən, güc vasitələrindən istifadədən uzaq durmağa çağırırıq.

Qeyd edək ki, 25 sentyabrda keçirilən referendumun nəticəsinə əsasən, bölgədə yaşayan insanların 92%-i müstəqil Kürd dövlətinin tərəfdarıdır, lakin İraq höküməti başda olmaqla heç bir ölkə seçkilərin nəticələrini tanımır. 

Gülşən

Qaynarinfo.Az