Nyu Yorkda amerikalı tanınmış memar Erika Tişman həyatını itirib.
Qaynarinfo xəbər verir ki, onun başına 17 mərtəbəli binanın fasadından qopan bir parça düşüb. Hadisə çərşənbə axşamı Tayms-Skverin yaxınlığında baş verib.
60 yaşlı Tişman başından xəsarət alıb. Həkimlər hadisə yerinə çatanacan vəfat edib.
Qeyd olunur ki, binanı təmir edən şirkət hələ aprel ayında fasadın vətəndaşlar üçün təhlükəli olmasına görə cərimələnərək 1250 dollar ödəyib. İdarəetmə şirkəti fasadında çatlaqlar tapılan binanın ətrafında təhlükəsilik çəpəri çəkməli olduğu halda bunu etməyib.
Tişman Manhetten Memarlıq Layihə İdarəetmə Firmasının vitse-prezidenti idi.