ABŞ Milli Kəşfiyyat Xidmətinin direktoru Con Ratklif Rusiyanın Çin qədər Vaşinqtonla rəqabət apara bilmədiyini deyib.
Qaynarinfo xəbər verir ki, o, "Fox News”un efirində Rusiya Federasiyasını təhlükəli olsa da, iqtisadiyyatı da daxil olmaqla kifayət qədər güclü olmayan düşmən kimi xarakterizə edib.
Kəşfiyyat rəisi, Çinin dünyada ikinci böyük iqtisadiyyata sahib olduğunu, Rusiyanın ilk onluqda olmadığını və hətta ABŞ-ın Texas əyalətindən və İtaliya və Braziliya kimi ölkələrdən də geri qaldığını xatırladı.
"Rusiya dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ ilə Çin kimi rəqabət apara bilməz. Çin dünyanın ikinci böyük iqtisadiyyatına sahibdir”, - Ratklif deyib.
Beləliklə, bu gün Amerikanın iqtisadiyyatda, hərbi sahədə və texnologiyada üstünlük təşkil etməsi üçün əsas təhlükə olan Çindir. Milli Kəşfiyyat Xidmətinin rəhbərinin qeyd etdiyi kimi, Pekin məlumatların müasir dünyada hakim mövqeyinin açarı olduğunu başa düşüb və "məqsədinə çatmaq üçün çox spesifik bir plan" hazırlayıb (kiberhücumlar və texnologiyaların oğurlanması da daxil olmaqla).
Alpər