Xəbər lenti

ABŞ Minsk Qrupuna daimi həmsədr təyin edəcək
Dünya08:13 14.03.2013

ABŞ Minsk Qrupuna daimi həmsədr təyin edəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

ABŞ 1 il ərzində ATƏT-in Minsk Qrupuna daimi həmsədr təyin edəcək.

ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Erik Rubin Türk-Amerika İttifaqının illik konqresi zamanı belə deyib.

Onun sözlərinə görə, bu təyinat dövlət katibi Con Kerri üçün əsas prioritetlərdən biridir. Keçmiş həmsədri əvəz edəcək uyğun namizəd tapmaq vacibdir.

Rubin həmçinin qeyd edib ki, ABŞ status-kvonun qəbuledilməzliyini etiraf edir: "Status-kvo münaqişəyə cəlb olunmuş hər iki ölkə və ümumilikdə bölgə üçün problemlər yaradır".

Xatırladaq ki, ATƏT-in ABŞ-dan olan keçmiş həmsədri Robert Bradtke ötən ilin dekabrında missiyasını başa vurub. Onu həmin vəzifədə müvəqqəti olaraq Yan Kelli əvəz edir. 

Qaynar.info