Birləşmiş Ştatlar NATO üzvü olan ölkələr Ukraynaya döyüş təyyarələri vermək qərarına gələrlərsə, onlara icazə verib.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bu barədə CNBS-yə ABŞ dövlət katibi Entoni Blinken bildirib.
NATO üzvü olan Polşanın Ukraynaya döyüş təyyarələri verə biləcəyi ilə bağlı suala o, "Buna yaşıl işıq yandırılıb”, - deyib.
ABŞ dövlət katibi onu da qeyd edib ki, Varşava Ukraynaya təyyarələr göndərmək qərarına gələrsə, Vaşinqton Polşa qırıcıları əvəz etməyi düşünür.
"Əslində biz indi polşalı dostlarımızla əgər onlar həqiqətən bu qırıcıları ukraynalılara tədarük etmək qərarına gəlsələr, onların ehtiyaclarını ödəmək üçün nə edə biləcəyimizdən danışırı”, - Blinken bildirib.
Xəyal
<iframe src="https://www.cbsnews.com/video/blinken-says-nato-countries-have-green-light-to-send-fighter-jets-to-ukraine/" id="cbsNewsVideo" allowfullscreen="" allow="fullscreen" frameborder="0" width="620" height="349">