Xəbər lenti

ABŞ nədən “Şimal axını”na qarşıdır? -  Kremldən açıqlama
Dünya14:45 18.12.2019

ABŞ nədən “Şimal axını”na qarşıdır? - Kremldən açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Öz qazını Avropaya çatdırmaq üçün ABŞ-ın tətbiq etdiyi sanksiyalar Şimal Axını-2 boru kəmərinin tikintisini dayandıra bilməyəcək.
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Bu layihənin tamamlanacağına inanırıq", - Peskov əlavə edib. - ABŞ-ın sanksiyaları beynəlxalq hüququn pozulması və haqsız rəqabətin nümunəsidir. ABŞ daha bahalı və rəqabətsiz olmasına baxmayaraq, məhsullarını Avropa bazarına çıxarmağa çalışır. Nə Rusiya, nə də Almaniya ilə Fransa bu addımı bəyənir”.
Xatırladaq ki, ABŞ Senatı "Şimal axını-2" inşaat şirkətlərinə qarşı sanksiyalar barədə qanun layihəsi qəbul edib. ABŞ prezidenti Donald Tramp qanun layihəsini imzalayacağını vurğulayıb.