Ər-Riyad ABŞ-a yola düşən 19 neft tankerinin marşrutunu dəyişmək ehtimalını araşdırır. Bu, Amerika lideri Donald Trampın krallıqdan neft idxalını məhdudlaşdırmaq qərarı verəcəyi halda baş verə bilər.
Qaynarinfo xəbər verir ki, bundan bir qədər əvvəl ABŞ-ın Enerji Nazirliyinin rəhbəri Dan Bruyett Trampın ölkənin neft və qaz sektoruna dəstək üçün bütün variantları nəzərdən keçirdiyini bildirib. Digər məsələlər arasında - Səudiyyə Ərəbistanından neft idxalına qadağa qoymaq da var.
Səudiyyə neftinin əsas alıcılarının əksəriyyəti Amerika Birləşmiş Ştatlarının sahilləri boyunca yerləşir. Krallıqdan təxminən 40 milyon barel "qara qızıl" bu ölkələrə göndərilir.
Ola bilsin ki, Ər-Riyad "ağzınacan doldurulmuş" görünsələr də, Avropa ölkələrinə neft təklif etməyə çalışacaq. Ancaq mütəxəssislər deyirlər ki, səudiyyəlilər nefti aşağı qiymətlərlə təklif etsələr, hər halda müştəriləri bundan boyun qaçırmayacaq.
Alpər