ABŞ İranla imzalanmış nüvə razılaşmasından imtina edib-etməyəcəyini cümə günü açıqlayacaq.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, xarici işlər nazirliyindən Stiv Qoldsteyn məsələ ilə bağlı mətbuat konfransında çıxış edib. O, prezident Donald Tramp, xarici işlər naziri Reks Tillerson və müdafiə naziri Cim Mattisin bu həftə görüş keçirəcəklərini bildirib.
Qeyd edək ki, Reks Tillerson cümə günü "Razılaşmada ya dəyişikliklər edəcəyik, ya da imtina edəcəyik" açıqlamasını vermişdi.
ABŞ və İran arasında imzalanmış bu müqavilə İranın nüvə fəaliyyətinə müəyyən məhdudiyyətləri nəzərdə tutur.
Gülşən